hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Çaylaqqalada saxlanılan terrorçuların yaxınları yolu bağladı: Hökumətdən tələb

Çaylaqqalada saxlanılan terrorçuların yaxınları yolu bağladı: Hökumətdən tələb

Xocavənd rayonunun Çaylaqqala kəndi ərazisində Azərbaycan hərbçiləri tərəfindən saxlanılan terrorçuların yaxınları bu gün səhər saat 6-dan etibarən Ermənistanın Şirak bölgəsindəki yolları bağlayıb.

Cebhe.info-nun məlumatına görə, onlar “əsir” adlandırdıqları qohumlarının qaytarılması ilə bağlı suallara aydınlıq gətirilməsini tələb edir. Onlar qeyd edib ki, siyasi qüvvələr “əsirlər”lə bağlı məsələni siyasiləşdirməyə cəhd göstərməməlidir. Etirazçılar tək tələblərinin övladlarını geri qaytarmaq olduğunu bildiriblər.

Aprelin 8-də axşam terrorçuların qohumları İrəvanın “Erebuni” hava limanına toplaşaraq Bakıdan erməni məhbusları vətənlərinə qaytardığı deyilən təyyarəni gözləyib. Həmçinin, itkin düşən əsgərlərin yaxınları hərbi rəhbərlikdən övladları haqqında məlumat tələb edərək aprelin 8-dən bəri Yerevanda Müdafiə Nazirliyinin binasının bütün giriş və çıxışlarını bağlayıb. Ancaq Baş nazirin müavini Tiqran Avinyanın ofisindən “Azadlıq” radiosunun erməni bürosuna bildirilib ki, “əsirlər”in geri qaytarılması yenidən təxirə salınıb.

“Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqlar davam edir. Ümid edirik ki, Azərbaycan tərəfi sonda imzalanmış bəyanata hörmət edəcək və humanitar razılaşmanı yerinə yetirəcək ”, - Baş nazirin müavinin ofisindən belə deyiblər.

Bu arada, itkin düşən əsgərlərin yaxınları, hərbi rəhbərlikdən övladları haqqında məlumat tələb edərək, 8 apreldən bəri Yerevanda Müdafiə Nazirliyinin binasının bütün giriş və çıxışlarını bağlayır. Dağlıq Qarabağdakı 44 günlük müharibənin başa çatmasından sonra 69 əsir Ermənistana qaytarılıb.

Onların 8 nəfəri Çaylaqqalada əsir düşmüş 62 nəfərlik terrorçu dəstənin üzvləridir.

Xatırladaq ki, Ermənistan həmin yaraqlıları hərbi əsir, Azərbaycan isə təxribatçı-terrorçu hesab edir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 320