hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Çavuşoğlu NATO-nun baş katibinin üzünə "ikiüzlü" dedi: "Onlar ortaq düşmənimiz deyilmi?"

Çavuşoğlu NATO-nun baş katibinin üzünə "ikiüzlü" dedi: "Onlar ortaq düşmənimiz deyilmi?"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Cebhe.info xəbər verir ki, görüşdən sonra açıqlama verən Çavuşoğlu Baş katibə "Barış pınarı” antiterror əməliyyatı barədə məlumat verdiyini deyib:

"Bilirsiniz ki, Türkiyə boynuna ağır yük götürüb. "Türkiyənin qanuni narahatlığını başa düşürük” demək yetərli deyil. Bu istiqamətdə NATO-dan  açıq və qəti mövqe görmək istəyirik. Hamısı terrorçu PKK ilə YPG-nin eyni olduğunu yaxşı bilir. Hamı Türkiyənin narahatlığının haqlı olduğunu söyləyir. Eyni zamanda fərqli rəy yaradırlar. Bu, bizim problemim deyil. Bu, sizin ikiüzlü davranışınızdır. Baxın, NATO müttəfiqlərini qorumaq üçün planlar qəbul edir. Türkiyəni qorumaq planını da təsdiqləyib. Sonra 8 ölkə bunu haqsızcasına blok etdi. Həmin hesabatda terrorçu PKK/YPG də var. PKK ortaq düşmənimiz deyilmi? Biz qətiyyətliyik, hədəfimiz terrorçulardır”. 

Baş katib isə cavabda deyib ki, NATO Türkiyəni cənub sərhədlərinin qorunmasını dəstəkləyir: "NATO ilə Türkiyə birlikdə fəaliyyət göstərir. Türkiyə son illərdə hərbi təsisatlara 5 milyon dollardan artıq sərmayə qoyub. Bunların arasında radar və dəniz qüvvələrinin bazaları da var. Bu, NATO ilə birgə fəaliyyətin necəliyinin ifadəsir. NATO üzvlərindən heç biri Türkiyə qədər Orta Şərqdən gələn hücumlara məruz qalmayıb. İŞİD ortaq düşməndir və hələ təhlükəli olaraq qalır. Qazanılanlar təhlükəyə atılmamalıdır. NATO Suriyanın şimalında yer almayıb. YPG məsələsində də NATO-da ortaq bir fikir yoxdur”.

Cebhe.info


Oxunma sayı: 430