hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Çəkilişi başa çatmamış yol niyə çat verib? - Açıqlama

Çəkilişi başa çatmamış yol niyə çat verib? - Açıqlama

Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində çəkilməkdə olan yolda çatlar yaranıb, asfaltda çöküntülər əmələ gəlib.

Yolun Şamaxı istiqamətində hərəkət zolağının sol tərəfində yaranan çatların sürüşmə ilə əlaqədar olduğu bildirilir. Qeyd olunur ki, daha əvvəl də yolun 106, 107, 108-ci km-ləri sürüşmənin ən aktiv nöqtələri hesab olunub. 

Yolun qeyd olunan hissəsində sürüşmənin aktivliyi nəzərə alınaraq həmin əraziyə beton plitələr yerləşdirilib, amma bu yolu təbiət hadisəsindən qorumayıb.

Çəkilməkdə olan yolda çatların əmələ gəlməsi, eləcə də həmin yolun keyfiyyəti ilə bağlı şübhələr yaradıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında bildirib ki, həmin ərazidə sürüşmə yoxdur: 

“Sadəcə olaraq, həmin hissədə təqribən 15-16 metr hündürlükdə tökmə qrunt var, təbii çökmə nəticəsində yolun bir hissəsində çökmə əmələ gəlib. Təbii çökmənin baş verməsi isə normal haldır. Yolun konstruksiyasına heç bir ziyan dəyib. Tikintini həyata keçirən podratçı şirkət tərəfindən qısa müddət ərzində həmin hissə bərpa olunacaq”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1057