hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Çimərliklərdən yığılan vəsaitin vergisi necə hesablanır? - RƏY

Çimərliklərdən yığılan vəsaitin vergisi necə hesablanır? - RƏY

Çimərliklərdə özbaşınalıq, qanunsuzluq rəzalət həddindədir.

Cebhe.info-nun xəbərinə görə AXCP-nin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev bir sıra çimərliklərdə ödənişin tələb edilməsi hallarının davam etdiyini bildirib:

“Hövsanda "Günəşli sahil" - "Antalya" adlanan obyektlər var. Girişdə əlində dəftər-qələm olan bir nəfəri oturdublar, adam başına 5 AZN-dən pul yığır. Çimərliklərin ödənişsiz olması ilə bağlı hökumətin qərarını xatırladanda deyirlər ki, pulsuz istəyirsinizsə, gedin dövlət çimərliyinə, bura özəldir. Həm də dedi ki, biz bu pulu xidmət üçün alırıq. Başa salmaq olmur ki, mən sizin heç bir xidmətinizdən yararlanmaq istəmirəm, sadəcə təbiətin bəxş etdiyi dənizdə çimmək istəyirəm, xalqa məxsus olan dənizdə. Heç kimin bu dənizi hasarlayıb məcburi xidmət təklif etməyə haqqı, hüququ yoxdur. Vətəndaş dənizdə heç bir ödəniş etmədən çimə bilər, yalnız səndən nəsə sifariş edərsə, məsələn, yemək, içmək kimi, o zaman onun qarşılığında ödəniş etməlidir. 4 nəfər üçün 20 AZN ödədik, bunun qarşılığında xidmətləri bizə kiçik üstüörtülü bir yer verməkdən ibarət oldu. Hətta qiymətə daxil olduğunu desələr də, uzanmaq üçün "lejanka" belə vermədilər. Kəndlərdəki “palatka toyu”nda nəmər yazarmış kimi, gələnlərdən pul yığılır, qarşılığında isə hər hansı bir sənəd verilmir.

Bəs, bu obyektin vergisi necə hesablanırə Bu açıq-aşkar vergidən yayınma deyilmiə Deyilənə görə, Vergilər Nazirliyi iri obyektlərdə yoxlamalara başlayıb, qanunsuz çimərlikləri də yoxlasalar yaxşı olar”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1574