hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Çin lideri ölkəsini parçalamaq istəyənləri hədələdi: “Qanınızı tökərik”

Çin lideri ölkəsini parçalamaq istəyənləri hədələdi: “Qanınızı tökərik”

Çin Xalq Respublikasının sədri Si Tzinpin Nepalda ölkəsini parçalamaq istəyən qüvvələrin olduğunu bildirib və onlara sərt mesajlar verib.

Unikal.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin rəsmi telekanalı “CCTV” tərəfindən yayılıb.

Qeyd olunur ki, Sin Tzinpin 22 ildən sonra Nepalı ziyarət edən ilk çinli lider olub.

Burada Çin Kommunist partiyasının lideri “ölkəni parçalamaq istəyənlərin qanını tökəcəyini və sümüklərini parçaladacağını” söyləyib.

Bundan başqa dövlət başçısı bununla bağlı ölkədaxili etirazlara dəstək verən xarici qüvvələrə də “boş xülyalar qurmamağı” tövsiyə edib.

Böyük Britaniyanın “The Guardian” qəzeti Si Tzinpinin bu dərəcədə sərt açıqlamanı Honkonqdakı aksiyaların  fonunda verməsinə diqqət çəkib.

Xatırladaq ki, Çinə məxsus bu bölgədə cinayət törədən şəxslərin mərkəzi hakimiyyət orqanlarına təhvil verilməsi barədə qanunvericilk təklifi verilmiş, lakin kütləvi etirazlardan sonra həmin layihə geri çəkilmişdi.

Siyasi müşahidəçilər isə Çinin kommunist rejiminin öz vətəndaşlarına qarşı “Mədəni inqilab” illərində xalqa qarşı qəddar və mərhəmətsiz davranışını, habelə 1989-cu ildə tələbə hərəkatında Pekinin Tyanmen meydanında əhaliyə divan tutması ilə bağlı hadisələri xatırlatmağa başlayıblar.

Cebhe.info


Oxunma sayı: 4797