hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

Çin nüvə danışıqlarından imtina etdi 

Çin nüvə danışıqlarından imtina etdi 

Çin nüvə silahlarına dair üçtərəfli saziş üzrə ABŞ və Rusiya ilə danışıqlarda iştirak etməyəcək. 

Cebhe.info-nun məlumatına görə, Çinin xarici işlər naziri Lu Kan belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Rusiya və ABŞ böyük nüvə arsenalına malik ölkələr kimi ikitərəfli sazişi yerinə yetirməlidir. Lu Kan Çinin nüvə gücünün çox az səviyyədə olduğunu və yalnız özünün milli təhlükəsizliyini dəstəkləmək üçün kifayət etdiyini bildirib. 

Lu Kahnin sözlərinə görə, Çin heç bir şəkildə nüvə yarışında iştirak etməyəcək və Birləşmiş Ştatlardan fərqli olaraq digər dövlətlərdə nüvə silahı yerləşdirməyəcək. ABŞ Dövlət Departamentinin rəhbərinin müavinin Andrio Tompson isə deyib ki, Çinin nüvə silahları mövzusunda əhəmiyyətli danışıqlardan imtina etməsi qəbuledilməzdir. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 309