hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Çinin iqtisadi məlumatları proqnozlardan aşağıdır

Çinin iqtisadi məlumatları proqnozlardan aşağıdır

Çində Oktyabr ayında sənaye istehsalı, pərakəndə satışlar və sərmayələr artım meylini davam etdirmiş olsa da proqnozlardan aşağı qalıblar

Çində açıqlanan iqtisadi məlumatlar proqnozları qarşılamayıb.

Milli.Az bildirir ki, Çinin Oktyabr ayı pərakəndə satışları 7.2% artıb. Proqnoz 7.8% idi. Sənaye istehsalı isə Oktyabr ayında 5.4% artım gözlənilməsinə qarşılıq 4.7% artıb.

Yanvar-Oktyabr dövründə investisiyalar illik müqayisədə 5.2% artıb. Bu, 1998-ci ildən bu yana ən yavaş artımdır.

Açıqlanan məlumatlar ticarət müharibəsinin ölkə iqtisadiyyatına mənfi təsir etdiyinə işarə edir. Digər tərəfdən ölkə daxilindəki tələb də zəifləyib.

Cebhe.info


Oxunma sayı: 683