t Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsi 11 faiz artıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsi 11 faiz artıb

Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsi 11 faiz artıb

Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi tərəfdaş ölkələrlə ticarət dövriyyəsinin ümumi məbləği ötən il 9,2 trilyon yuana (1,3 trilyon ABŞ dolları) çatıb.

Cebhe.info xəbər verir ki, Çin Baş Gömrük Administrasiyası məlumatında bildirilir ki, Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ötənilki ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 10,8 faiz artıb.

Statistikaya əsasən, Çinin 2014-2019-cu illər üzrə "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti 6,4 trilyon dollardan çox olub. Çin strategiya üzrə 25 tərəfdaş ölkənin ən böyük ticarət tərəfdaşıdır.

Qeyd edək ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub. Ötən ilin 10 ayının nəticələrinə əsasən, Azərbaycanla Çinin ticarət dövriyyəsi təxminən 2 dəfə artıb.
Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1596