t Çirkli hava insanları QİCS, vərəm və malyariyadan 3 dəfə çox öldürür
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Çirkli hava insanları QİCS, vərəm və malyariyadan 3 dəfə çox öldürür

Çirkli hava insanları QİCS, vərəm və malyariyadan 3 dəfə çox öldürür

Yeni hesablamalara görə, havanın çirkliliyi insanları GİCS, vərəm və malyariyadan üç dəfə çox öldürür.

Bu, insan ölümünün əsas səbəblərindən biridir. Lakin çox sayda insanının ölməsinə baxmayaraq, dünyanın bir çox ölkəsində bu məsələyə laqeyd yanaşılır.

Hesablamalara görə, 2017-ci ildə çirkli hava və su, qurğuşun zəhərlənməsi və iş yerlərindəki havanın natəmizliyi səbəbindən 8,3 milyon insan ölüb. Bu, siqaret çəkmək, alkoqol və narkotik maddədən istifadə etmək nəticəsində ölüm hallarından çoxdur. Qeyi-sağlam yemək, yoluxucu xəstəliklər və müharibələrdə ölənlərdən çoxdur. Lakin buna dünyadakı başqa problemlərdən az diqqət yetirilir.

Bu, tədqiqatçılar, müxtəlif ölkələrin səhiyyə nazirləri, QHT-lər və BMT-nin daxil olduğu Səhiyyə və Çirklənmə üzrə Qlobal Alyansın yeni hesabatında deyilir. Reyçel Kupka təşkilatın icraçı direktordur. "Bu, qlobal sağlamlıq böhranının əslində hələ də kifayət qədər diqqət yetirilməmiş, hələ də həll edilmədiyini göstərir."

Hesabatda soba və pis sanitariya şəraiti kimi ənənəvi mənbələrdən çirklənmənin azaldığı halda, fabriklər, nəqliyyat vasitələri və zəhərli kimyəvi maddələrdən müasir çirklənmənin artdığı bildirilir.

Kupka beynəlxalq sərmayələrin ənənəvi çirklənməyə yönəldiyini qeyd edir. "Beləliklə, əvvəl də qeyd etdiyim kimi, sərmayə çirkli su və sanitariya kimi sahələrə qoyulur və ölüm halları azalır. Halbuki müasir çirklənməyə eyni dərəcədə diqqət yetirilmir və resurslar ayrılmır.”

Hindistan və Çin havanın zəhərlənməsi səbəbindən ölənlərin ən çox olduğu ölkələrdir. Onlardan sonra Nigeriya, İndoneziya və Pakistan gəlir. Birləşmiş Ştatlar yeddinci yerdədir. “Onluqda demək olar ki, dünyanın hər regionundan ölkə var. Harada olursa olsun, bu, bizi narahat edir” deyə, Kupka bildirir.

Havanın çirkliliyi qlobal ölüm hallarının 40 faizini təşkil edərək, dünya boyu insan ölümünün əsas səbəblərindən biridir.

Cebhe.info


Oxunma sayı: 793