hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Çökən yolda təmir hələ başlamayıb: Əvvəl kəşfiyyat, sonra hesabat, daha sonra qərar…olacaq 

Çökən yolda təmir hələ başlamayıb: Əvvəl kəşfiyyat, sonra hesabat, daha sonra qərar…olacaq 

Bir müddət əvvəl Bibiheybət məscidinin yaxınlığında baş verən sürüşmə nəticəsində çökən yolda təmir işlərinə hələ başlanılmayıb. 

Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə geoloji kəşfiyyat işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında deyib ki, geoloji kəşfiyyat işlərinin bu həftənin sonuna doğru yekunlaşdırılması nəzərdə tutulur:

“Artıq ondan sonra ərazidə aparılan işlərlə bağlı hesabat, hesabat əsasında layihə hazırlanacaq. Həmçinin, gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün hansı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı da layihə hazırlanacaq və start veriləcək. Yəqin ki, onunla bağlı növbəti həftə məlumat olacaq”. 

Qurum rəsmisi onu da əlavə edib ki, ərazi nəzarət altındadır və hər hansı dəyişiklik yoxdur.

Qeyd edək ki, bir həftə əvvəl Bibiheybət məscidinin yaxınlığında təxminən 100 metr ərazini əhatə edən sürüşmə nəticəsində ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1607