hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Çörək alarkən nəyə diqqət yetirməli? - VİDEO

Çörək alarkən nəyə diqqət yetirməli? - VİDEO

Bir neçə gün əvvəl Bakıda mağazalara çörəkdaşıma zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə zidd hallar müşahidə edilib.

Belə ki, "Tofaş" markalı, 10 KB 453 dövlət nömrə nişanlı avtomobil sürücüsünün  çörəkdaşımanı antisanitar qaydada həyata keçirdiyi görüntülənib.

Görəsən, çörək zavodları çörəkdaşımanı necə həyata keçirir?

Məsələ ilə bağlı “Sərham” MMC çörək zavodundan Cebhe.info-ya verilən açıqlamada çörəkdaşımanın “Ford” və “Qazel” markalı avtomobillərlə həyata keçirildiyi qeyd edilib:

“Bizdə çörəklər “Ford” və “Qazel”lərlə daşınır. Polietilen paketlərdən istifadə olunmur, ancaq kağız paketlər istifadə edilir. Kağızlar isə sertifikatlıdır. Daşınma zamanı çörəklər plastik səbətlər və taxta yeşiklərə yerləşdirilir. Sanitar-gigiyena qaydalarına da xüsusi diqqət yetirilir”.

"Muğan" ASC çörək zavodu da Cebhe.info-ya bildirib ki, çörəkdaşıma zamanı heç bir problem və şikayətlə rastlaşmayıblar:

“Bizdə çörəkdaşımada heç bir problem yoxdur. Bununla bağlı zavoda şikayət daxil olmayıb. Çörəklər maşınlarla aparılır və heç bir gigiyenik qayda pozulmur. Çörəkdaşıyan maşınlar “Qazel”lərdir. Kağızlar da sertifikatlıdır”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1607