hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Çörək davasıyla başlayan çevriliş: ƏLLƏR "QURAN"DA, GÖZLƏR AMERİKADA 

Çörək davasıyla başlayan çevriliş: ƏLLƏR "QURAN"DA, GÖZLƏR AMERİKADA 

Çevrilişin olduğu Sudanda müdafiə naziri, general-leytenant Avad ibn-Auf ölkənin keçid Hərbi Şurasının sədri kimi and içib.

Cebhe.info xəbər verir ki, ölkənin həm də birinci vitse-prezidenti olan hərbçi dünən gecə saatlarında hərbi and  "Quran"a and içərək ölkə rəhbəri səlahiyyətlərini üzərinə götürüb.

Hərbi Şura 12 nəfərdən təşkil olunub. Onlardan 6 nəfəri ordunun təmsilçisi, 4 nəfəri təhlükəsizlik qüvvələrinin əməkdaşı və polis, 2 nəfəri dərhal reaksiya qüvvələrinin əməkdaşıdır.

Xatırladaq ki, 11 apreldə 1989-cu ildən ölkəyə rəhbərlik edən prezident Ömər əl-Bəşirə qarşı aksiyalar çevrilişlə nəticələnib. Hakimiyyət çörəyin qiymətini qaldırmaq istəyib və bunu ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirib. Buna etiraz edən əhali küçələrə çıxıb. Bundan sonra müxalifət kömək üçün orduya müraciət edib və ölkədə hərbi çevriliş olub.

11 apreldə prezident devrilib və ev həbsinə göndərilib. Onunla yanaşı yaxın ətrafı da ev həbsindədir. Hazırda ölkədə çevrilişi bayram edənlər küçələrdə aksiyalar keçirir.

Sudandakı proseslərə münasibət bildirən ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Paladino "Hələlik ABŞ-da baş verənlərin çevriliş, yoxsa yeni siyasi keçidin başlanğıcı olmasına dair qətiləşmiş mövqe yoxdur", - deyib. 

Xəzər

Cebhe.info


Oxunma sayı: 1604