t Çunq Çunq-Ki Londonda 261 milyon dollara malikanə alır
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Çunq Çunq-Ki Londonda 261 milyon dollara malikanə alır

Çunq Çunq-Ki Londonda 261 milyon dollara malikanə alır

Böyük Britaniyada daşınmaz əmlak bazarında ən bahalı sövdələşmə baş tuta bilər.

Daşınmaz əmlak maqnatu Çunq Çunq Ki Londonun milyonerlərin yaşadığı məşhur Naytsbric rayonunda 20 yataq otaqlı “Rutland Gate” malikanəsinə 261 milyon dollar ödəmək niyyətindədir.

Virtualaz.org "Mansion Global" nəşrinə istinadən xəbər verir ki, sövdələşmənin yaxın bir neçə həftə ərzində başa çatacağı gözlənilir.

Sahəsi 5 min760 kv.m olan ağ saray 1830-cu illərdə dörd ayrı taunhaus olaraq inşa edilib və 1980-ci illərdə bir bina halında birləşdirildi. Evdə 45-ə yaxın otaq, böyük mərasim zalları, bir neçə lift, üzgüçülük hovuzu, spa və fitness mərkəzi, idman salonu, həmçinin yeraltı qaraj var.

Çinq Çunq-Kinin əmlakı öz evi kimi istifadə edəcəyi və ya yeddi mərtəbəli binanı ultra-lüks mənzilləri olan yaşayış kompleksinə çevirəcəyi hələ məlum deyil. Ehtimal olunur ki, rekonstruksiyadan sonra binanın qiyməti 650-910 milyon dollar arasında dəyişəcək.

“Rutland Gate” sarayının keçmiş sahibləri arasında Livanın keçmiş baş naziri olan mərhum milyarder Rafiq Həriri, həmçinin Səudiyyə Ərəbistanının mərhum vəliəhdi Sultan İbn Əbdül Əziz Əl Səud da var.

İndiyə qədər Böyük Britaniyada ən bahalı daşınmaz əmlak sövdələşməsi 2011-ci ildə Oksfordşirdə təxminən 182 milyon dollara baş tutub. Bu sahədə dünya rekordu isə Fransada 2015-ci ildə 301 milyon dollara satılan XIV Lüdovikə məxsus Böyük saraydır.

Cebhe.info


Oxunma sayı: 760