hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Çevriliş üçün GECƏ PLANI: 1 sutkada prezident hakimiyyətdən getməli idi, ancaq…

Çevriliş üçün GECƏ PLANI: 1 sutkada prezident hakimiyyətdən getməli idi, ancaq…

Venesuelada 23 yanvara planlaşdırılan hadisələr dövlət çevrilişi planı idi. ABŞ prezident Nikolas Maduronu 1 gün ərzində hakimiyyətdən uzaqlaşdırmağı düşünmüşdü. Ancaq plan işləmədi.

Cebhe.info xəbər verir ki, bunu “The Wall Street Journal" yazıb. Nəşrin yazdığına görə, xəbəri Prezident Administrasiyasından adının çəkilməsini istəməyən mənbə bildirib.

Mətbuat yazır ki, ABŞ Maduronun dərhal hakimiyyətdən gedəcəyini planlaşdırıb. Ağ Evdə belə hesab edirdilər ki, parlament spikeri Xuan Quaido özünü prezident elan etdikdən və ABŞ prezidenti Donald Trampın dəstək "tvit"indən dərhal sonra Maduro kreslosunu tərk edəcək. Ancaq gözlənilən hələ də olmayıb.

Qəzet yazır ki, hakimiyyət Maduronun əlində olduğu müddətdə regionda böhranın qalması qaçılmazdır.

Xatırladaq ki, hazırda ölkədə siyasi böhran hökm sürür.

23 yanvarda Xuan Quaido özünü prezident elan etsə də, Maduro hakimiyyətdən çəkilməyib. ABŞ, Kanada, Avropanın bir sıra ölkələri Quaidoya, Rusiya, İran isə Maduroya dəstək verir.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2212