hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Cebhe.info yazdı, AQTA nəzarətə götürdü - RƏSMİ CAVAB

Cebhe.info yazdı, AQTA nəzarətə götürdü - RƏSMİ CAVAB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  “Bolmart” supermarketində araşdırmaları yekunlaşdırıb. 

Cebhe.info xəbər verir ki, “Bolmart” supermarketində kiflənmiş lavaşların satılması ilə bağlı araşdırma aparan AQTA-nın Bakı Regional Bölməsi Cebhe.info və “Cümhuriyət” qəzetinə göndərdiyi rəsmi məktubda müəssisənin fəaliyyətinin nəzarətə götürüldüyünü bildirib. 

“Sizin Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən “Bolmart” supermarketdən aldığınız “Naxçıvan Təndir Lavaşı” əmtəə nişanlı lavaşın saxlama müddətinin bitməsinə baxmayaraq, piştaxtadan götürülməməsi ilə bağlı AQTA “Çağrı Mərkəzi”nə daxil olmuş 02.05.2019-cu il tarixli müraciətinizə aidiyyəti üzrə Agentliyin Bakı regional bölməsində baxılmışdır. Bununla bağlı əməkdaşlarımız tərəfindən müraciətdə qeyd etdiyiniz marketdə araşdırma aparılmış, satışda olan məhsulların saxlanma müddətlərinə və saxlanma şəraitlərinə baxış keçirilmiş, müəssisənin rəhbərliyi qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələbləri ilə tanış edilmiş, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyin və normativ sənədlərin tələblərinə əməl edilməməsinin inzibati və cinayət məsuliyyətinə səbəb olması izah edilmiş və müəssisənin fəaliyyəti nəzarətə götürülmüşdür”,- deyə məktubda qeyd olunub. 

Qeyd edək ki, “Bolmart”da kiflənmiş lavaşlar satılır” başlıqlı xəbər 2 may tarixində Cebhe.info saytında yayımlanıb, 3 may tarixində isə “Cümhuriyət” qəzetində dərc olunub. 

Xəbərdə qeyd olunurdu ki, Bakıda, Əhmədli qəsəbəsi Nəsrəddin Tusi küçəsində fəaliyyət göstərən “Bolmart” supermarketində istifadə müddəti bitmiş lavaşlar satılır. 

Bildirilirdi ki, “Naxçıvan Təndir Lavaşı” adı ilə satılan  lavaşın üzərində istehsal tarixi 28 aprel, saxlama müddəti isə 2 gün qeyd edilib. Ancaq bu gün may ayının 2-i olmasına baxmayaraq, həmin lavaşlar piştaxtadan götürülməyib. Mövzu ilə əlaqədar olaraq "Bolmart" supermarketinin mövqeyini almağa çalışsaq da bu, baş tutmamışdı. Bununla bağlı  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilmiş və AQTA məsələni nəzarətə götürmüşdü. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 683