hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Cebhe.info yazdı:İcra Hakimiyyəti qazinin ev problemini həll edir -VİDEO

Cebhe.info yazdı:İcra Hakimiyyəti qazinin ev problemini həll edir -VİDEO

Xəbər verdiyimiz kimi, Göyçay rayonu Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub.

Şikayətçi bildirib ki, atası vəfat edib və evləri olmadığı üçün anası ilə birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə köhnə uçuq-sökük ticarət köşkündə yaşayır: "10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb, köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq. Daş bazarında fəhləlik edirəm, buna görə elə olur günlərlə işim olmur. Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm ancaq heç bir kömək göstərilməyib. Hətta mən Vətən müharibəsində olan zaman Göyçay rayon İcra Hakimiyyətinə zəng edib tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm. Ancaq xahişimi nəzərə almadılar, bir dəfə də olsun maraqlanmadılar". Mövzu ilə bağlı əlaqə saxladığımız Göyçay Rayon İcra Hakimiyyətindən Cebhe.info-ya verilən məlumata görə, məsələ araşdırılıb və problemin həlli istiqamətində qaziyə müəyyən təkliflər edilib: "Mənzil problemi həll edilənə qədər Nicat Əliyevə Peşə Liseyin yataqxanasında müvəqqəti yaşaması üçün otaq təklif edilib. Həmçinin Nicat Əliyev rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınıb və növbəlilik əsasında işlə təmin olunması nəzərdə tutulur".

Məsələni diqqətdə saxlayacağıq.

Semra Ələkbərli

Cebhe.info


Oxunma sayı: 496