hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Cəbhə xətti: "Ağır silahlar işə salınsa..." - Politoloq

Cəbhə xətti: "Ağır silahlar işə salınsa..." - Politoloq

“Ermənistanın Tovuz istiqamətində təxribatları davam edir. 4 gündür ki, düşmən Tovuz istiqamətində təxribat törətsə də, Azərbaycan ordusu qətiyyətli şəkildə qarşısını alır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi nəhayət ki, ağır silahlardan, kamikadze PUA-lardan, "DANA" ağır artilleriyadan, "Lora" raket sistemlərindən, "TOS 1A" ağır od saçanlardan və digər silahlardan düşmənə ağır zərbə vuracaq:

“Əgər, ağır silahlardan zərbə vurulsaydı, düşmən indiyə qədər təxribatları davam etdirməzdi və çəkinəcəkdi. Atıcı və "D30" Haubitsa yüngül silahlarla döyüşü davam etdirməklə, düşmənin bu təxribatları davam edəcək. "D30" haubitsaları, TŞK ilə döyüş olmur!

Təlimdə və poliqona çıxarılan dağlara atılan ağır raket və ağıllı bombalardan istifadə lazımdır. Ümid edirəm ki, nəyahət Müdafiə Nazirliyi ağır silahları işə salacaq. Yüngül silahlarla müharibə aparmaq mümkünsüzdür".

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2487