hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Cəbhədə gərginlik: Müharibə anonsu...

Cəbhədə gərginlik: Müharibə anonsu...

“Bu gün cəbhənin Füzuli istiqamətində baş vermiş hadisədən sonra da səbir və dözüm nümayiş etdirməməliyik. Sadəcə quru bir bəyanatla işimizi bitmiş hesab edəcəyiksə, yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinə, həmçinin düşmənlə üz-üzə dayanan Azərbaycan Ordusunun həm şəxsi heyəti, həm də döyüş texnikası və avadanlığı ilə bağlı faciəli xəbərlər alacağıq”.

Cebhe.info xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, cəbhənin Füzuli istiqamətində baş vermiş gərginlik məhz ATƏT-in Minsk qrupunun xeyir-duası ilə həyata keçirilib. 

“Həmçinin Ermənistan qarşısında bir qədər də sərt tələblər qoyulub. O üçlüyə və onların başbilənlərinə çoxlu qan-qada lazımdır. Özləri də hiss edirlər ki, onlara olan inam və etimad çox mənfidir, demək olar ki, sıfırdan da aşağı səviyyəyə düşüb, onların guya rolunu bir balaca qabartmaq üçün fərq etməz, azərbaycanlı olsun, ya erməni yaramazı, ölməlidir, ya yaralanmalıdır, əsir də götürülə bilər. Təki tərəflər bir-birini "qırıb-töksünlər".

Ötən gün ATƏT sədrinin şəxsi nümayəndəsi, erməni agenti və onların maraqlarını müdafiə edən polşalı diplomat Anjey Kaspşik Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı qapılar arxasında çox mühüm və Azərbaycan üçün heç də yaxşı olmayan planları müzakirə edib. Yaxın günlərdə bu müzakirələrin necə acı nəticələrlə müşayiət olunacağını görəcəyik.

Yaxın günlərdə Qarabağda çox ağır və faciəvi lokal xarakterli toquşmaların olaması qaçılmazdır. Müdafiə Nazirliyimiz düşməni susdurmaq və onun ağılsızlığının qarşısını almaq üçün qabaqlayıcı, profilaktik addımlar atmazsa, nəticələr dəhşətli ola bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 804