hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Cəbhədə qurbanlar kəsilib

Cəbhədə qurbanlar kəsilib

Azərbaycan Ordusunun qazandığı qələbələr cəbhə bölgəsində yaşayan sakinlərdə ruh yüksəkliyinə səbəb olub. Ard-arda gələn zəfər xəbərləri xalqımızın Ordumuza qarşı olan inamını daha da artırır.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Füzuli rayonunun kəndlərindən birində son qələbələr münasibətilə qurbanlar kəsilib. Qazilərdən və Qarabağ Müharibəsi əlillərindən ibarət bir qrup vətənsevər vətəndaş tərəfindən gətirilən qurbanlıq qoyunlar kəsilərək cəbhə bölgəsində paylanılıb.

Sakinlər daim səngərdə dayanan əsgərimizin arxasında olduğunu və cəbhədən gələcək olan yeni qələbə xəbərlərini gözlədiklərini söyləyiblər.

Cebhe.info


Oxunma sayı: 9582

Bizim Telegram səhifəmizi izləyin