hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Cəbrayıl şəhərciyində və Bərdədə toy təşkilatçıları cərimələndi

Cəbrayıl şəhərciyində və Bərdədə toy təşkilatçıları cərimələndi

Cəbrayıl Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cebhe.info-ya verilən məlumata görə, yoxlamalar zamanı Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl şəhərciyində keçirilən 3 toy məclisində karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Cebhe.info


Oxunma sayı: 694