hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 1969-cu il təvəllüdlü Əliyev Əlhüseyn Nizami oğlu və 2000-ci il təvəllüdlü Abdullayev İsa Fikrət oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1519

Bizim Telegram səhifəmizi izləyin