hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Çempionlar Liqasında bu gün və sabah

Çempionlar Liqasında bu gün və sabah

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Cebhe.info xəbər verir ki, İngiltərənin “Mançester Siti” komandası doğma meydanda Fransa PSJ-sini qəbul edəcək. “Etihad” stadionunda keçiriləcək görüş saat 23:00-da start götürəcək. “Mançester Siti”nin heyətində ciddi itki yoxdur. PSJ-də isə Xuan Bernat zədə, İdrissa Qeye isə qırmızı vərəqə səbəbiylə bu oyunu buraxacaq. Paris komandasının hücumçusu Kilian Mbappenin də bu görüşdə iştirakı sual altındadır. Komandalar arasında baş tutan ilk görüşdə “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.

Yarımfinalın digər görüşü sabah keçiriləcək. İngiltərənin “Çelsi” komandası doğma meydanda İspaniya “Real”ını qəbul edəcək.

Çempionlar Liqası, yarımfinal mərhələsi, cavab oyunları

4 may

23:00 Mançester Siti (İngiltərə) – PSJ (Fransa)
Baş hakim: Byörn Kuypers (Niderland)
İlk oyun – 2:1

5 may

23:00 Çelsi (İngiltərə) – Real (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:1

Cebhe.info


Oxunma sayı: 529