hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Çempionlar Liqasında ilk finalçı məlum oldu

Çempionlar Liqasında ilk finalçı məlum oldu

UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Cebhe.info xəbər verir ki, Fransadakı ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin "Mançester Siti" klubu cavab matçında rəqibini 2 cavabsız qolla məğlub edərək, həlledici qarşılaşmaya vəsiqə qazanıb.

"Şəhərlilər"in hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

"Mançester Siti"nin finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.

Cebhe.info


Oxunma sayı: 441