hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Cenevrə danışıqlarından nə gözlənilir? - "Heç bir ciddi nəticə olmayacaq"

Cenevrə danışıqlarından nə gözlənilir? - "Heç bir ciddi nəticə olmayacaq"

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Cenevrədə keçirilən danışıqlar ciddi bir siyasi format deyil. Danışıqlarda müzakirəyə çıxarılan məsələlər yalnız atəşkəsin əldə edilməsi, Azərbaycanın Şuşa, Hadrut, Xoxavənddən ordusunu geri çəkməklə "5+2" variantını qəbul etdirmək müstəvisini özündə ehtiva edir"

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, artıq nə Cenevrə danışıqları, nə də həmsədrlər prosesə müdaxilə edə biləcək:

"Minsk qrupu əvvəlki format çərçivəsində, yeni "Baza prinsipləri" ilə, həmçinin erməni qoşunlarınən çıxarılması barədə cədvəli qəbul etməklə atəşkəsə nail olmaq istəyir. Bu, o demək deyil ki, Ermənistan qoşunlarını çıxaracaq.

Cenevrə danışıqları və həmsədrlər artıq prosesə təsir edə bilməyəcəklər. Çünki burada yalnız təzyiq Azərbaycanadır. Ermənistan da Qarabağın statusunda qərarlıdır. Ona görə də Azərbaycan üçün bu danışıqlar "görüş xatirinə görüş" kimi xarakterizə edilməlidir. Minsk qrupu Azərbaycan xalqı üçün legitim deyil və bu format Azərbaycan üçün öz missiyasını itirib".

Politoloqun fikrincə, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə atəskəs onda ola bilər ki, Nikol Paşinyan qoşunlarını Azərbaycan ərazisindən çıxarılmasını bəyan etməklə, Prezident İlham Əliyevlə birbaşa görüşüb, müzakirə aparmaga hazır olduğunu diplomatik yollarla desin:"Ermənistan burada da maraqlı deyil. Hətta könüllü dəstələr yaradıb Qarabağa göndərilir. Belə olan təqdirdə hansı müzakirə və atəşkəsdən sohbet gede bilər?!
Prezident İlham Əliyev də bu kimi danışqlarda maraqlı olmadığını, bu danışıqların ədalətli sülhə və atəskəsə xidmət etmədiyini qeyd edib".

Politoloq hesab edir ki, bu danışıqlar münasibətləri daha da kəskinləşdirəcək:

"Ermənistan XiN rəhbəri Zohrab Mnatsakanyanı göndərməklə Minsk qrupunun Azərbaycana təsir edəcəyinə düşünərək Cenəvərəyə ümidlə gəlib. 27 ildən sonra Ermənistan məğlub tərəf kimi danışqlara qoşulur və hələ ki özlərini 90-ci illərin eyforiyasında hiss edib, geri çəkilmirlər. Anlamırlar ki, Azərbaycan ordusu Şuşanı mühasirəyə alıb. Millət olaraq Azərbaycanın qalib olmasını həzm edə bilməyərək, ciddi şəkildə sarsılıblar.

Bu danışıqlar müharibənin gedişinə müsbət təsir etməyəcək, daha da kəskinləşdirəcək. Humanitar atəskəs və bu kimi məsələlər Azərbaycanı hazırkı mövqeyindən gəri çəkməyəcək.

Nəticədə Azərbaycan ərazilərini azad edəcək. Şuşada Azərbaycan bayrağı dalğalnamaqla, bu, Ermənistan siyasi cəbhəsində böhrana, xalqın hakimiyyətə qarşı etimadsızlığına gətirəcək.

Cenevrə danışıqlarından sonra Rusiya və Türkiyə arasında intensiv müzakirələr gedecek. Hazırki situasiyada Qarabağ məsələsində ortaq həll variantları yoxdur və siyasi həll mümkün görünmür. Ona görədə Minsk qrupunun bu danışıqları səmərəsizdi. Çünki Ermənistan tərəfi Qarabağın statusunda geri addım atmır".

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1651

Bizim Telegram səhifəmizi izləyin