hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Cənub Okeanı beşinci okean kimi rəsmən təsdiqləndi

Cənub Okeanı beşinci okean kimi rəsmən təsdiqləndi

Elmi sənədli filmlərin istehsalı və yayımı ilə dünyada tanınan “National Geographic” jurnalı Antarktika qitəsi ətrafındakı suları 5-ci okean kimi tanıdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalın kanalının rəsmi saytında yerləşdirilən məqalədə açıqlama verilib. Məqalədə sözügedən su hövzəsi Cənub Okeanı adlandırılıb.

“Cənub Okeanı uzun müddət elm adamları tərəfindən tanınırdı, lakin beynəlxalq səviyyədə heç bir razılaşma olmadığı üçün biz onu rəsmi olaraq heç vaxt tanımadıq”, - deyə “National Geographic Society”nin coğrafiyaşünası Aleks Teyt qeyd edib.

Jurnalın yazdığına görə, cənub qitəsini əhatə edən sular Antarktika Qərb küləkləri cərəyanı kimi bilinən bənzərsiz cərəyan nümunələri də daxil olmaqla fərqli ekoloji xüsusiyyətlərə malikdir. Bu cərəyan Antarktida ətrafındakı suları şimaldakılara nisbətən daha soyuq və duzlu edir, bu da dünyanın hər yerində istilik nəqlinə və karbonun dərin okeanda saxlanılmasına kömək edir və bunların hamısı planet üçün həyati əhəmiyyət daşıyan təsir göstərir.

Məqalədə bildirilib ki, Cənub Okeanı Antarktidanın sahilindən 60 dərəcə cənub enliyinə qədər uzanır. Bununla da Cənub Okeanı ərazi əhatəsinə görə Şimal Buzlu Okeandan sonra ən kiçik okean olacaq.

Dəyişiklik dəniz xəritələşdirməsini və rəsmi adları standartlaşdıran Beynəlxalq Hidrografik Təşkilatı tərəfindən göstərilən təlimatlardan kənara çıxır.

Milli Okean və Atmosfer İdarəsinin məlumatına görə, təşkilat Cənub Okeanının dünya xəritəsinə əlavə edilməsi üçün 2000-ci ildə verilmiş təkliflə hələ razılaşmayıb. Bununla birlikdə, ABŞ da daxil olmaqla əksər ölkələr su kütləsini fərqli olaraq tanıyır.

Teyt jurnala açıqlamasında təşkilatın yeni siyasətinin təhsilə böyük təsir göstərəcəyinə ümid etdiyini bildirib.

“Şagirdlər hər hansı bir okeanın tədris olunması ilə okean dünyası haqqında məlumat əldə edirlər. Əgər Cənub Okeanını daxil etmirsinizsə, onda onun xüsusiyyətlərini və nə qədər vacib olduğunu öyrənməyəcəksiniz”, - deyə o qeyd edib.

Cebhe.info


Oxunma sayı: 936