hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

"Cənubi Qafqaz gələcəkdə sülh və sabitlik bölgəsi ola bilər” - Çavuşoğlundan Ermənistana mesaj

"Cənubi Qafqaz gələcəkdə sülh və sabitlik bölgəsi ola bilər” - Çavuşoğlundan Ermənistana mesaj

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Orta Asiya, Cənubi Qafqaz və Qarabağda baş verənlərlə bağlı küveytli həmkarını məlumatlandırıb.

Məlumata görə, Türkiyə XİN başçısı bu barədə Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Məhəmməd əs-Sabahla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən atəşkəs əhəmiyyətli bir fürsətdir.

“Regionun rifahı ilə yanaşı, əhəmiyyətli layihələrin icrası, münasibətlərin normallaşması baxımından qarşımızda bir fürsət var. Ermənistan da bunu müsbət dəyərləndirsə, Cənubi Qafqaz gələcəkdə sülh və sabitlik bölgəsi ola bilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb/APA.

Cebhe.info


Oxunma sayı: 298