hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə telefonla danışdı

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə telefonla danışdı

Oktyabrın 16-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Cebhe.info xəbər verir ki, nazir Ceyhun Bayramov həmsöhbətini bölgədəki son gərginliklə bağlı, o cümlədən Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məlumatlandırıb.

Ermənistanın məqsədli şəkildə dinc əhalini və mülki infrastrukturu, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonları atəşə tutması, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalması və nəticədə ciddi insan itkisinin olması Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırılıb.

ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker humanitar atəşkəsə riayət olunmasının və siyasi dialoqun bərpa olunmasının vacibliyini vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 9230

Bizim Telegram səhifəmizi izləyin