hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Ceyhun Bayramov Elina olayı ilə bağlı mətbuat konfransı keçirəcək: Ancaq jurnalistlərsiz…

Ceyhun Bayramov Elina olayı ilə bağlı mətbuat konfransı keçirəcək: Ancaq jurnalistlərsiz…

Xəbər verildiyi kimi, təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı bu gün mətbuat konfransı keçirəcək.

Saat 16:30-da nazirlikdə baş tutacaq konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələrinin açıqlanacağı bildirilir. İntiharın səbəbləri, məsələ ilə bağlı görülən işlər, qəbul edilən qərarlar ictimaiyyətin diqqətinə çatdırılacaq. Eyni zamanda suallar cavablandırılacaq.

Maraqlıdır ki, mətbuat konfransı ancaq məhdud dairə üçün nəzərdə tutulub.  Belə ki, yalnız Təhsil Nazirliyinin öz siyahısındakı agentliklər və televiziya kanalları dəvət olunub. Cebhe.info və “Cümhuriyət” qəzeti olaraq mətbuat konfransına qatılmaq hüququmuz olduğu halda, Təhsil Nazirliyindən bunun mümkün olmadığı bildirilib. Nazirliyin mətbuat xidmətinin əməkdaşının sözlərinə görə, mətbuat konfransı dar çərçivədə təşkil olunub və dərhal da bu gün həmin konfransda iştirak edəcək KİV-lərin siyahısı hazırlanıb. İştirak edəcək mətbuat orqanlarının özlərinə də Təhsil Nazirliyi tərəfindən məlumat göndərilib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 35979