hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Ceyhun Bayramov: "Ermənistanın KTMT-yə müraciətinin heç bir əsası yoxdur"

Ceyhun Bayramov: "Ermənistanın KTMT-yə müraciətinin heç bir əsası yoxdur"

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı olub.

Cebhe.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın Xarici İşlər nazirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov bu kimi gərginliklərin siyasi və danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.

Cebhe.info-ya danışan politoloq Çümşüd Nuriyev ermənilər KTMT-yə müraciət etməsinin faydasız olduğunu bildirin.

“Müxalifət və iqtidar hər ikisi özünə uyğun olaraq bu faktordan istifadə etmək istəyir. Paşinyan indiyədək istifadə etmirdi, amma o da məcburdur belə bir addım atsın. Əslində onlar KTMT-yə yox, hara istəyirlər müraciət etsinlər bir faydası yoxdur. KTMT təşkilatında konkret olaraq nə 4-cü, nə də 7-ci maddə işləyə bilmir. 4-cü maddədə üzv dövlətlərin sərhəddində hər hansı bir qaçaqmalçılıq halları baş verdikdə qarışa bilər. 7-ci maddəsinə görə də həmin ölkələrdən hansınınsa ərazisinə müdaxilə olsa avtomatik olaraq KTMT-nin nizamnaməsinin hüquqi gücü olur. 10 noyabrda hər iki dövlət arasında Rusiyanın iştirakı ilə 3 tərəfli bəyanat imzalanıb.

Həmin bəyanatda ölkələrin inzibatı sərhəddi məsələsi də var. Azərbaycan mövcüd inzibatı sərhədlərini müəyyənləşdirir. Dəqiq sərhədlərini xəritə üzərinə köçürdür. Ermənilərin hara müraciət etməsi o qədər də önəmli deyil. Makrona belə müraciət ediblər. Bunun heç bir hüquqi gücü yoxdur. Hüquqi gücü olmayan yerdə hərbi gücdən söhbət gedə bilməz. Ermənistan o qədər gücü qalmayıb ki, Azərbaycana müharibə elan eləsin. KTMT-yə daxil olan dövlətlər tək Rusiyadan ibarət deyil. O təşkilatda Belarus, Qazaxıstan və Qırğızıstan da var. Azərbaycan bu üç ölkə ilə də yaxın əlaqələri var. Rusiya da lazım olanda öz maraqlarına uyğun olaraq Azərbaycanın yanında olur. Nə qədər qeyri-səmimi olsalar da bu məsələlərdə Azərbaycanla həmrək münasibətini bildirir”.

Politoloqun sözlərinə görə, Qaragöl və ətrafı Azərbaycanın torpaqlarıdır:

"Ermənistan bu məsələni siyasi oyun üçün istifadə edir. Birincisi Ermənistan bu sərhəd məsələsini siyasi oyun kimi istifadə edir. Gələn ay Ermənistanda parlament seçkiləri keçiriləcək. Qaragöl məsələsini də ermənilər çox şişirdirlər. Əslində Qaragöl 1987-ci ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dövlət qoruğu elan edilib. Dövlət qoruğu o yerlər elan olunur ki, o ərazi bütünlükdə bir dövlətin olsun. Əgər Ermənistanın ərazisinə düşsəydi belə, sovet vaxtı onların Nazirlər Kabineti də belə bir qərar çıxarardı. Belə bir qərar yoxdur. O göl bütünlükdə bizim ərazilərə daxildir. Hətta, göldən sonrakı ərazilərdə Azərbaycanın ərazisi sayılır”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 804