Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.
Cebhe.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.
"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", -deyə Leyla Abdullayeva qeyd edib.
Cebhe.info
Oxunma sayı: 936
Bizim Telegram səhifəmizi izləyin