hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Ceyhun Bayramov qətərli həmkarıyla Qarabağı müzakirə etdi

Ceyhun Bayramov qətərli həmkarıyla Qarabağı müzakirə etdi

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.

Cebhe.info xəbər verir ki, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər Xarici İşlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Cebhe.info


Oxunma sayı: 1332

Bizim Telegram səhifəmizi izləyin