hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi

Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi

Bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Cebhe.info xəbər verir ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud pozulması halı olduğunu və bunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Nazir Mevlüt Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb və həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Nazir Ceyhun Bayramov hər zaman Azərvaycanın yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib.

Cebhe.info


Oxunma sayı: 3158

Bizim Telegram səhifəmizi izləyin