hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Ceyhun Bayramov ümumtəhsil məktəblərində tədris planlarını təsdiqlədi

Ceyhun Bayramov ümumtəhsil məktəblərində tədris planlarını təsdiqlədi

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarını təsdiq edib.

Cebhe.info xəbər verir ki, nazirin əmrinə əsasən, Azərbaycanın tədrisi Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün tədris planları və "Tədris planlarına dair qeydlər” təsdiq olunub.

Daha bir əmrlə azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və "Qeydlər” də təsdiq edilib.

Əmrlərin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub. 

Cebhe.info


Oxunma sayı: 287