hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

Ceyms Bond haqqında yeni filmin premyerası təxirə salınıb: Yenə telefona görə

Ceyms Bond haqqında yeni filmin premyerası təxirə salınıb: Yenə telefona görə

Köhnəlmiş “Nokia” smartfonları 007 nömrəli casus Ceyms Bond haqqındakı yeni filmin premyerasının üçüncü dəfə təxirə salınmasına səbəb olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Sun” film sənayesindəki mənbələrinə istinadən məlumat yayıb.

Finlandiyanın “Nokia” şirkəti 2019-cu ilin yazında nümayiş edilməli olan Ceyms Bond haqqındakı yeni filmin reklam tərəfdaşlarından biridir. “Ölmək vaxtı deyil” adlı filmdə Bondun əsas düşməni “Nokia 8.3 5G” smartfonundan istifadə etməli idi.

Amma film əvvəlcə rejissorla bağlı problemlər səbəbindən təxirə salınıb, 2020-ci ildə pandemiya səbəbindən premyerası alınmayıb, bu yaxınlarda isə premyeranın 2021-ci ilin oktyabrına təxirə salındığı elan edilib. Sonradan məlum olub ki, son təxirəsalma finlərin samrtfonları ilə bağlı kadrları yenidən çəkmək istəyi ilə əlaqədardır. Belə ki, filmdə nümayiş olunan modellər kifayət qədər köhnəldiyindən onları yeni “Nokia” cihazları əvəzləyəcək.

Cebhe.info


Oxunma sayı: 1695