t CHP-də sular durulmur: İncə Kılıçdaroğlunu ittiham etdi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

CHP-də sular durulmur: İncə Kılıçdaroğlunu ittiham etdi

CHP-də sular durulmur: İncə Kılıçdaroğlunu ittiham etdi

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) yenidən münasibətlər gərginləşib. 

Cebhe.info xəbər verir ki, bu dəfə keçmiş prezidentliyə namizəd Məhərrəm İncə və CHP sədri Kamal Kılıçdaroğlu üz-üzə gəlib. Buna səbəb  Kamal Kılıçdaroğlunun Rahmi Turana dəstək verməsidir.  

Qeyd edək ki, sözügedən şəxsin Məhərrəm İncəyə böhtan atdığı iddia olunur. 

“Partiya sədri iftiraya məruz qalana deyil də bunu təşkil edən şəxsə “üzülmə” deyə xəbər göndərir”, - deyə M.İncə Kamal Kılıçdaroğluna etiraz edib.

Qeyd edək ki, Rahmi Turanla Məhərrəm İncə arasında yaşanan qalmaqalda Kılıçdaroğlu birinci tərəfin yanında yer alıb. 

Cebhe.info


Oxunma sayı: 672