hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Çimərliklər yoluxmaya necə təsir edəcək?- "Xüsusi riskli nə isə yoxdur" - EKOLOQ

Çimərliklər yoluxmaya necə təsir edəcək?- "Xüsusi riskli nə isə yoxdur" - EKOLOQ

“Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir”.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.

Belə ki, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Qeyd edək ki, avqust ayının ilk günlərində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçib, lakin yarımadanın bəzi yerlərində qısamüddətli yağışlar yağıb. Mülayim şimal-qərb küləyi əsib, gündüz cənub-şərq küləyi ilə əvəz olunub.

Maraqlıdır, bu hava şəraiti davam edəcəkmi? Qarşıdakı günlərdə hava şəraiti çimərliklər üçün əlverişli olacaqmı?

Mövzu ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Cebhe.info-ya danışıb.

O bildirib ki, yaxın günlərdə havaların düzəlməsi, yay fəslinə uyğun hava şəraiti gözlənilir:

"Yay fəslidir, çimərliklər istifadəyə verilməlidir. Nəhayət, belə bir qərar qəbul edilibsə, avqustun 5-dən çimərliklər açılacaqsa, deməli orada xüsusi riskli nə isə yoxdur. Havalar da düzələcək. Son dövrlərdə görürsünüz ki, biz yay fəslini görmürük, yaşamırıq. Havalar çox sərin keçir. Başqa vaxt qlobal istiləşmə deyilir, bu, qlobal istiləşmədir? Yox, iqlimdir. Suyla havanın arasında əlaqə var. Hava və su istiləşəndə karbon qazı qalxır yuxarı - atmosferə. Lakin hava soyudu, okeanın suyu soyudu, su başlayır karbon qazını udmağa. Ancaq bizimkilər bütün zavodları, fabrikləri bağlayıblar ki, karbon qazıdır, çirkləndirir.

Əgər mən gözümlə görmürəmsə, hiss eləmirəmsə, kim deyə bilər ki, o, karbon qazıdır? Son 10 il ərzində cənub, cənub-şərq, cənub-qərb küləyi üstünlük təşkil edib. İndi son dövrlərdə şimal küləyi başlayıb. Deməli, şimal-qərb küləyi soyuq gətirir. Nəticədə, havaya, iqlimə müdaxilə edə bilmərik, ümid edirik ki, yaxın günlərdə havalar düzələcək".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 4390