hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Çində avtomobil satışları artır

Çində avtomobil satışları artır

Çində yeni avtomobillərin satışları dalbadal dörd aydır artış göstərir.

“Report” “WSJ”yə istinadən xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə iyul ayında pərakəndə satışların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7,7 faiz artıq olub.

Bu da son iki il ərzində ən böyük artım göstəricisidir. Belə ki, ay ərzində ölkədə 1,6 milyon ədəd avtomobil pərakəndə satıcılar tərəfindən satılıb.

Bununla belə, avtomobil alanların çoxunun istehlakçılar yox, dilerlər olduğu bildirilir. Ay ərzində topdansatış həcmi də ötən ilin müvafiq dövrünə nisbətən 16,4 faiz artıb.

Qeyd olunub ki, cari ilin ikinci rübü ərzində də dilerlərə avtomobil satışlarının həcmi 10,4 faiz artdığı halda, fərdi istehlakçılara satışların həcmi 3,4 faiz azalmışdı.

Cebhe.info


Oxunma sayı: 1387