Çində böyük neft yatağı kəşf edildi

Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) geoloji ehtiyatı ən azı 100 milyon ton həcmində olan neft yatağı kəşf edib.
Cebhe.info-nun məlumatına görə, neft yatağı Bohay körfəzində yerləşir.
“Boçjun 13-2” yatağı Bohay körfəzinin mərkəzi hissəsində, Tianjin şəhərindən 140 km məsafədə yerləşir.
Təxminən 5223 m dərinlikdə qazılmış kəşfiyyat quyusunda 346 m qalınlığında məhsuldar neft və qaz laylarına rast gəlinib.
“CNOOC”-un hesablamalarına görə, quyudan gündə orta hesabla 300 ton neft və 150 kubmetr qaz hasil oluna bilər. Şirkət “Boçjun 13-2” yatağının kəşfinin Bohay körfəzinin su hövzəsindəki kəşfiyyat işində böyük irəliləyiş olduğunu bildirib.
Müşfiq Abdulla
Cebhe.info
Oxunma sayı: 782