hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Çində H1N1 virusunun yeni növü aşkarlanıb

Çində H1N1 virusunun yeni növü aşkarlanıb

Çində elm adamları donuzlarda insanlara yoluxa biləcək və yeni bir pandemiyaya səbəb ola biləcək qrip virusunun yeni növünü tapıblar.

ABŞ-da nəşr olunan "Proceedings of the National Science" jurnalında yayımlanan bir yazıda alimlər yeni "G4" növünün 2011-2018-ci illərdə 10 vilayətdə donuz fermaları və əkin sahələrinin nəzarət proqramı zamanı aşkar edildiyini deyir.

Yeni virus 2009-cu ildə dünyada yüz minlərlə insanın ölümünə səbəb olan H1N1 "donuz qripi" virusunun dəyişikliyə uğramış formasıdır.

Alimlər "G4" virusunun artıq Çinin müxtəlif fermalarında və əkin sahələrində işçilərə yoluxduğunu aşkar ediblər. H1N1-nin yeni növü insanın hava yollarındkı hüceyrələrdə böyüyə və sürətlə çoxala bilər, lakin xəstəliyin insandan insana təmas yolu ilə yayıla biləcəyinə dair bir dəlil yoxdur.

Tədqiqatçılar "G4"-ün H1N1-dən qaynaqlandığına baxmayaraq, mövcud qrip peyvəndlərinin yeni virusdan qorumadığını da müəyyən ediblər.

Tədqiqat sənədində "G4"-də "pandemiya üçün lazımi əlamətlər var" fikri ifadə edilib. Elm adamları donuz fermerlərini virusun donuzlar arasında yayılmasına nəzarət etməyə və heyvanlarla işləyən insanları yaxından izləməyə çağırıb.

Cebhe.info


Oxunma sayı: 694