hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Çindəki yeni öldürücü virus: Nədən yayılıb?

Çindəki yeni öldürücü virus: Nədən yayılıb?

Xəbər verdiyimiz kimi, koronavirusun vətəni olan Çində bu dəfə yeni virus yayılıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Çində SFTS virusunun yeni növü ortaya çıxıb. Artıq yeni virusdan azı 7 nəfər ölüb. 60 yoluxma qeydə alınıb. Sözügedən virus 2011-ci ildə ilk dəfə ortaya çıxıb.

Həkimlər bildirir ki, virus gənə ilə yoluxan şəxsin qanı və ya selikli qişası vasitəsilə ötürülə bilir. Bu ilin brinci yarısında Çinin Tzyansu bölgəsində 37 nəfər bu virusa yoluxub. Daha sonra 23 nəfərdə virus qeydə alınıb. Təhlükənin əsas mənbəyinin gənələr olduğunu deyən həkimlər xüsusilə diqqətli olmağa çağırıb. Ancaq virusun gəndədən insan necə keçməsi, daha sonra insana ötürülməsi şəraiti barədə geniş məlumat yoxdur. Buna görə də həkimlər xüsusilə açıq havada ehtiyatlı davranmağa çağırıb.
Xəzər
Cebhe.info


Oxunma sayı: 2278