hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi şirkətin qeyri-insanlığa qarşı siyasətinə zidd olan paylaşıma görə bağlanıb.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin dünənki açıqlamasında bildirilir.

Belə ki, səfirliyin hazırda silinmiş 8 yanvar tarixli paylaşımında “China Daily”də xəbər verilən bir araşdırmadan bəhs olunur. Bildirilir ki, hökumətin siyasəti nəticəsində uyğur qadınlar "körpə istehsalı maşını” olmaqdan qurtulublar.

“Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin əhalisində baş verən dəyişkənliyi göstərən tədqiqat əhalinin ümumi keyfiyyətinin təkmilləşməsi ilə əhatə olunur”, - səfirlik tərəfindən tvitterdə qeyd olunub.

Qeyd edək ki, “Facebook” və “Google” ilə yanaşı, “Twitter” də Çində bağlanıb.

Cebhe.info


Oxunma sayı: 1266