hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Çoban qoyunlardan birini satıb, o birini kəsdi:Sonra oğurlandığını dedi-QEYRİ-ADİ ŞİKAYƏT

Çoban qoyunlardan birini satıb, o birini kəsdi:Sonra oğurlandığını dedi-QEYRİ-ADİ ŞİKAYƏT

Lənkəran rayonunda fermadakı qoyunlardan birini satıb, digərini kəsən çoban həmin qoyunların oğurlanması haqda polisə şikayət edib.

Cebhe.info xəbər verir ki, rayonun Liman şəhəri ərazisində yaşayan Əhliman Qasımov polisə çobanlıq etdiyi fermanın yaxınlığında örüş sahəsinə buraxdığı heyvanlardan 2 baş qoyunun tanımadığı şəxslər tərəfindən avtomobilə qoyularaq oğurlandığını bildirib.

Keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.

Ə.Qasımovun həmin xırdabuynuzlu heyvanlardan birini satdığı, digərini isə kəsərək qohumlarına verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 452