t Conson müstəqillik tələbini rədd edib
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Conson müstəqillik tələbini rədd edib

Conson müstəqillik tələbini rədd edib

Britaniya Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini yenidən rədd edib. 

APA-nın Britaniya bürosunun "Sky News"-a istinadən verdiyi xəbərə görə, Boris Conson Şotlandiya Baş naziri Nikola Störjenin müstəqilliklə bağlı referendum tələbini rədd edib. 

Boris Conson tərəfindən N.Störjenə ünvanlanan məktubda qeyd edilib ki, müstəqillik referendumu səbəbindən Şotlandiyanın son on ildəki siyasi durğunluğu davam edəcək, bu da öz növbəsində təhsil, səhiyyə və iş yerlərində mənfi nəticələrə gətirib çıxaracaq.

Qeyd edək ki, 2014-cü ilin 18 sentyabrında Şotlandiyada keçirilmiş referendumda şotlandların Böyük Britaniyanın tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və 55,3 faiz seçici Şotlandiyanın Büyük Britaniyanın tərkibində qalmasına səs verib. 

Cebhe.info


Oxunma sayı: 2311