hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

COVID-19-la bağlı yeni fakt tapıldı

 

COVID-19-la bağlı yeni fakt tapıldı

Rusiyalı alim Anna Aksenova COVID-19-un ağır keçən dövrünü və bəzi hallarda ölümlə nəticələnməsini qan laxtalanmasının əsas komponentlərindən olan Villebrandla əlaqələndirib.

Cebhe.info xəbər verir ki, bu barədə "Rosbalt" məlumat yayıb.

"Orqanizmdə gedən proseslər zamanı qana Villebrand faktoru atılır və bu da tombozlar yaradır ki, onun nəticəsində də ölüm halları yaranır",-deyə Aksenova bildirib.

Eyni zamanda, o vurğulayıb ki, koronavirus infeksiyası hər insanda heç də eyni cür inkişaf etmir.

"Öskürək və həzm sisteminin pozulması kimi müxtəlif yanaşı simptomlar diaqnoz qoyulmasını çətinləşdirir.

Təəssüflə qeyd edilməlidir ki, hələ də koronavirusla bağlı qaranlıq bir məqam var və son araşdırmalarımız isə onu göstərib ki, buna səbəb Villebrandın müxtəlif insanların qanında müxtəlif səviyyədə olmasıdır. Məhz buna görə biri digərini yoluxduran xəstənin biri süni nəfəs aparatına qoşulmalı olur, digəri isə simptomsuz xəstə olur və özünü xəstə kimi hiss etmir.

Əvvəllər hesab olunurdu ki, koronavirus infeksiyası ağciyərləri sıradan çıxarır, indi isə təsdiq olunub ki, COVİD -19 qan damarlarının daxili səthinə olduqca mənfi təsir göstərir", - deyə alim əlavə edib.

Anna Aksenovanın sözlərinə görə, bu virus qan damarlarının və kapilyarlarının divarlarında soyuqdəymə yaradır ki, bu da qana Villebrand faktorunun atılmasına şərait yaradır və beləliklə, tromb yaranır. "Mən hesab edirəm ki, Villebrandın səviyyəsi və fəallığı COVID-19-dan ölüm faktları yaradan əsas amillərdir", - deyə alim Anna Aksenova fikrini tamamlayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1739