hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

COVİD-19-la mübarizə:Güney Azərbaycanda SON DURUM

COVİD-19-la mübarizə:Güney Azərbaycanda SON DURUM

Güney Azərbaycanın Ərdəbil əyalətində son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı aşkar edilib. GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, bu barədə Ərdəbil Tibb Universiteti rektorunun müavini Məhəmməd Rza Rzayi açıqlama yayıb. Onun sözlərinə görə, hazırda əyalətdə 393 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

O, həmçinin ötən gün ərzində daha 9 nəfərin koronavirusdan öldüyünü bildirib.
Qərbi Azərbaycan əyalətində isə 473 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Bu barədə Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri Cavad Ağazadə açıqlama verib. Onun sözlərinə görə, xəstəxanada müalicə alanlardan 197 nəfərinin COVID-19 testi pozitiv çıxıb. Cavad Ağazadə Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 754 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxanlardan 130 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 32 nəfərinin vəziyyəti ağırdır və süni tənəffüs aparatına qoluşub.
Zəncan əyalətində də son 24 saatda daha 34 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 402 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

P.Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 7 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 347 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 324 nəfərinin tam sağaldığını bildirib.

P.Qızılbaş deyib ki, hazırda 442 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.
Həmədan əyalətində isə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 112 nəfərə çatıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 2641