hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

COVID-19-un vaksini hərbçilər üzərində sınaqdan keçiriləcək

COVID-19-un vaksini hərbçilər üzərində sınaqdan keçiriləcək

Çində sonuncu sınaqdan keçirilən vaksinin nəticələri bir ilə bəlli olacaq Çin COVID-19 vaksininin 3-cü sınaq mərhələsinə başlayacaq.

Cebhe. info xəbər verir ki, bu vaksin hərbçilər üzərində test ediləcək. Belə ki, Çindəki “CanSino” firması ilə Hərbi akademiyanın birgə araşdırmaları nəticəsində ilk iki sınaqdan uğurlu çıxan vaksin son olaraq kütləvi test ediləcək. Hərbçilərdən təşkil olunacaq iki qrupdan birinə hazırda hazırlanan vaksin, digərinə isə mövcud olan vaksin vurulacaq. Bundan sonra vaksinin nadir görünən yan təsirləri də gözləniləcək.

Həmin iki qrupa daxil edilən hərbçilər bir il müddətində nəzarətdə saxlanılacaq. Əgər bir il ərzində həmin şəxslərin COVID-19-a yoluxmadığı müşahidə olunarsa, vaksinin özünü doğrultduğu qəbul ediləcək. Əgər bu mərhələ uğurlu olarsa, vaksinin istehsalına və satışına başlanacaq.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 914