hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

COVID-19 xəstəsi olmuş şəxs nə zaman işə çıxa bilər? - RƏSMİ AÇIQLAMA

COVID-19 xəstəsi olmuş şəxs nə zaman işə çıxa bilər? - RƏSMİ AÇIQLAMA

Əsas məsələ xəstənin tam sağalmasıdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə xəstənin işə çıxa bilməsi üçün ilk növbədə xəstə tam sağlam olmalıdır. Bunun isə neçə gün ərzində olacağını demək olmaz. Əsas məsələ odur ki, xəstə tam sağalsın və onda əsas əlamətlər olmasın. Xəstənin tam sağaldıqdan sonra işə çıxması ilə bağlı poliklinikalar tərəfindən icazə verilir. oliklinikaların idarə olunması Səhiyyə Nazirliyinin nəzarətindədir

Poliklinikaların iş prinsipindən danışan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov isə bildirib ki, koronavirusa yoluxmuş xəstədən test götürülür, 2 həftədən sonra əgər xəstədə heç bir problem yoxdursa, sağalıbsa, ona işə çıxması üçün poliklinika tərəfindən icazə verilir. Burada xəstənin tam sağlam olması göstərilir".

Cebhe.info


Oxunma sayı: 881