hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

COVID xəstəxanasında yanğın, 3 xəstə yanıb kül oldu

COVID xəstəxanasında yanğın, 3 xəstə yanıb kül oldu

Rusiyanın Ryazan şəhərindəki xəstəxanalardan birində yanğın olub. Pasiyentlər oksigen maskasının köməyilə tüstüdən boğulmadan xilas olublar.

Cebhe.info xəbər verir ki, bu barədə region qubernatoru Nikolay Lyubimov "Rossiya 24" telekanalına danışıb.

"Yanğınsöndürənlərin dediyinə görə, tüstü çox güclü və tez yayılıb. Yaxşı olub ki, pasiyentlər oksigen verilməsi dayandırılsa da, oksigen maskasında olublar və tüstüdən boğulmayıblar", - deyə Lyubimov bildirib.

Ryazan vilayətinin Səhiyyə naziri Andrey Prilutski isə qeyd edib ki, bu xəstəxana tam təmirdən yeni çıxıb və bir il əvvəl koronavirusa yoluxan xəstələrin müalicəsi üçün reanimasiya şöbəsi tam təchizatla təmin edilib.

Qeyd edək ki, hadisə istintaq tərəfindən nəzarətə götürülüb.

Bildirilir ki, yanğın nəticəsində 3 nəfər həlak olub.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 540