hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dövlət borcunun və zəmanətlərinin uçotu daha effektiv aparılacaq

Dövlət borcunun və zəmanətlərinin uçotu daha effektiv aparılacaq

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ilə müəyyən edilmiş tapşırığın icrası məqsədi ilə Maliyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə layihə sənədi imzalanıb.

Maliyyə Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, icra müddəti 36 ay olan layihə Asiya İnkişaf Bankı (ADB) və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və Nazirliyin əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Bildirək ki, layihə müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə dolğun borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi, eləcə də borc məlumatlarını daha effektiv təhlili əsasında funksional çərçivə üzrə strateji məqsədlərə nail olmağa tövhə verəcəkdir. Bununla yanaşı, layihə dövlət borcunun və zəmanətlərin hesabatlılığının da təkmilləşdirilməsini hədəfləyir.

UNCTAD-ın Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi - DMFAS Proqramının əsas məqsədi davamlı iqtisadi inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması məqsədilə dövlət borclarının daha səmərəli şəkildə idarə edilməsini təmin etməkdir. Eyni zamanda, DMFAS borc idarəetmə prosedurlarını asanlaşdırır və beynəlxalq və ölkə səviyyəsində hesabatların daha şəffaf və dəqiq hazırlanmasına şərait yaradır.Hazırda DMFAS proqramı 60-a yaxın ölkənin Maliyyə Nazirliklərinə və Mərkəzi Banklarına istehsal qabiliyyətlərinin artırılması istiqamətində borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verir.

Cebhe.info


Oxunma sayı: 573