t Dövlət bu metrostansiyaların yaxınlığındakı evləri alıb: Ayda 300 manata mənzil sahibi olmaq istəyənlərə FÜRSƏT
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Dövlət bu metrostansiyaların yaxınlığındakı evləri alıb: Ayda 300 manata mənzil sahibi olmaq istəyənlərə FÜRSƏT

Dövlət bu metrostansiyaların yaxınlığındakı evləri alıb: Ayda 300 manata mənzil sahibi olmaq istəyənlərə FÜRSƏT

“Yaxın bir ay ərzində kirayə evlərlə bağlı müraciətin aktiv olacağı gözlənilir”. 

Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondu kirəyə evlər üçün prosedura ilə bağlı məlumatı ictimaiyyətlə bölüşüb:

“Yəni vətəndaş elektron imza ilə daxil olaraq Elektron İpoteka Portalında özünə kabinet yarada bilər. İlkin mərhələdə şəxsiyyət vəsiqəsinin sürəti və iş yerindən arayış təqdim etməklə müraciət etmək olacaq. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən evlərin alınması və təmiri işinin birinci mərhələsi başa çatıb. Bizdə olan məlumata görə hələlik İpoteka və Kredit Zəmanət Fondu “Qara Qarayev”, “Neftçilər” və “Əhmədli” metrostansiyalarının yaxınlığında mənzillərin alınması və təmiri işini həyata keçirib. Həmin mənzillər yaxın vaxtlarda vətəndaşlara təqdim olunacaq. İpoteka Fondunun şərtlərinə görə, müraciət edən vətəndaşların gecikmiş kredit borcu olmamalıdır, Azərbaycan vətəndaşı olmalıdır və yaş həddi 60-dan yuxarı olmamalıdır. Mənzillər 25 illik kredit şərti ilə veriləcək. Yəni əgər İpoteka Fondu mənzili 90 minə alıbsa, onu 300 aya bölərək ayda 300 manat ödəmək şərti ilə vətəndaşlara verəcək. Bütün Azərbaycan vətəndaşlarının müraciət etmək hüququ var. Müqvilə müddəti ən qısa 3 il, ən uzun isə 25 il olacaq. 60 yaşlı vətəndaşlar yalnız 3 illik müqavilə ilə mənzil əldə edə bilərlər”. 

V.Bayramov qeyd edib ki, kirayə mənzillərin verilməsinin növbəti mərhələlərində isə “İnşaatçılar” və Nəriman Nərimanov” metrostansiyalarının yanında, Masazır rayonunda və digər rayonlarda da təklif edilməsi nəzərdə tutulur. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 9230